Azərbaycan neftinin qiyməti dəyişməyib

10:02 - 27 Dekabr 2016 - İQTİSADİYYAT

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti dəyişməyib. "Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti ötən həftənin sonu olduğu kimi 55,42 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti