Bakıda 26 yaşlı qız özünü 3-cü mərtəbədən atdı

15:35 - 26 Dekabr 2016 - HADİSƏ

Bakıda 26 yaşlı qız intihar etmək məqsədi ilə özünü binanın 3-cü mərtbəsindən yerə atıb. "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində qeydə alınıb.
Belə ki, ev 21, mənzil 84-də yaşayan 1990-cı il təvəllüdlü Paşayeva Nərminə Firudin qızı özünü 3-cü mərtəbənin eyvanından yerə ataraq intihara cəhd edib. O, ağır bədən xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti