Ana səhifə
23 Noyabr 2017

Ziyafət Əsgərov: “Hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır”

Azərbaycan Milli Məclis sədrinin birinci müavini Zİyafət Əsgərov bəzi deputatların fikirlərinin ictimaiyyətdə sərt reaksiyalara səbəb olmasına münasibət bildirib. Ziyafət Əsgbərov APA-ya müsahibəsində bildirib ki, hər şeydən əvvəl hər bir şəxs, hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır.
“Düzdür bizim “Deputatın statusu haqqında” qanuna görə deputat Milli Məclisdə dediyi sözə görə məsuliyyət daşımır, amma  insanın hüquqi məsuliyyəti ilə yanaşı daxili məsuliyyəti də var. Hər bir şəxs dediyi sözə görə məsuliyyət daşımalıdır. Həmkarlarıma da xahiş edirəm ki, danışanda, çıxış edəndə, xüsusilə mətbuata müsahibə verəndə hər hansı fikri deyəndə əvvəlcə yüz ölçüb bir biçsinlər. Məsələn, mən bu fikri deyirəm, bu fikir necə yozula bilər, nə cür qəbul oluna bilər və sair. Ona görə də danışanda diqqətli olmalıdırlar”. Z. Əsgərov onu da qeyd edib ki, bəzi media mənsubları var ki, deputatların müsahibələrində mexaniki anlaşılmazlıqdan istifadə edirlər: “Deputat mexaniki yanlışlığa yol verəndə jurnalist də onu istədiyi yerə yozmasın. Bilirsiniz, şükür Allaha, cəmiyyətimizdə indi əmin-amanlıq var, həmrəylik var. Bu həmrəyliyi möhkəmləndirmək lazımdır. Amma təəssüf ki, bizim bəzi qələm adamları bir deputatın ayaqüstü müsahibəsində mexaniki ağzından çıxan sözdən tutub onu yozurlar və belə anlaşılmazlıq yaranır. Amma təbii ki, hər bir deputat həm əməlində, həm də danışığında diqqətli və dürüst olmalıdır, xalqına və dövlətinə xidmət etməlidir!”.

Tarix
26 Dekabr 2016 [14:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ