Partlayıcı dolu avtomobil partladıldı - Zirehli polis maşınının yaxınlığında

12:56 - 26 Dekabr 2016 - HADİSƏ

Əfqanıstanın cənubundakı Hilmənd vilayətində bu gün güclü partlayış baş verib.

Bu barədə "Report" "TOLOnews" telekanalına istinadən xəbər verir. Partlayıcı qurğu olan avtomobili idarə edən terrorçu-kamikadze özünü zirehli polis maşınının yaxınlığında partladıb. Hadisə Ləşkərgah şəhərində baş verib.
Hələlik ölən və yaralananlar barədə məlumat verilmir. 

Xəbər xətti