Sərnişin avtobusu qadını vuraraq öldürdü - Bakıda

12:43 - 26 Dekabr 2016 - HADİSƏ

Bakıda sərnişin avtobusu 45 yaşlı qadını vuraraq öldürüb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Əliyeva Zəminə İdinəli qizi yolu keçmək istəyərkən onu 105 saylı sərnişin avtobusu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokrurluğunda araşdırma aparılır.

Xəbər xətti