“Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

12:31 - 26 Dekabr 2016 - İQTİSADİYYAT

Bu günlərdə “Neft Daşları” yatağındakı 1637A saylı meydançada 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu Girməkialtı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1 010-1 005 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Xəbər xətti