Ana səhifə
21 Sentyabr 2018

Helikopteri vurmağımıza reaksiyalar gəlir

Dağlıq-Qarabağda Ermənistan hərbisinə məxsus helikopterin vurulması ilə əlaqədar Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatından da reaksiya gəlib. 



Ucnoqta.az xəbər verir ki, hər iki beynəlxalq təşkilat hələlik faktı təsdiqləməyib və məsələyə dair araşdırma aparılması üçün çağırış edib.

BMT baş katibinin müavini Farhan Haq hadisəyə dair dəlillərin toplanacağını deyib.

Avropa Birliyi isə, rəsmi saytında məsələyə münasibət bildirib. “Avropa Birliyi ATƏT-in Minsk qrupu və 3 həmsədrə məsələnin həllində göstərdiyi cəhdlərinə görə bir daha dəstəyini elan edir. Hər iki ölkə atəşkəs rejiminə riayət etməli, qarşılıqlı şəkildə güc tədbiq etməkdən çəkinməli və münaqişənin sülh yolu ilə nizamlanması üçün cəhdlərini yeniləməlidir”(ANS PRESS)

Tarix
13 Noyabr 2014 [10:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin