Bakıda mənzildən 75 yaşlı qadın meyiti tapılıb

12:52 - 25 Dekabr 2016 - HADİSƏ

Bakıda 75 yaşlı qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1941-ci il təvəllüdlü Allahverdiyeva Rima Amuxan qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş, zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.
Əməliyyat saat 10:40-da başa çatıb.

Xəbər xətti