Abşeronda avtomobil yanıb

12:51 - 25 Dekabr 2016 - HADİSƏ

Abşeronda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Abşeron rayonun Güzdək qəsəbəsində vətəndaşa məxsus “VAZ” markalı, minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti