Rusiya və Türkiyə prezidentləri telefonla danışıb

10:22 - 24 Dekabr 2016 - DÜNYA

Ərdoğan Putinə Rusiya səfirin qətlinin istintaqının gedişi barədə danışdı


Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında relefon danışığı olub. Trend-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ərdoğan Rusiyanın Anakaradakı səfiri Andrey Karlovun qətlinin istintaqının gedişi barədə Putinə məlumat verib.
"Bu gün Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında relefon danışığı olub. Türkiyə prezidenti Vladimir Putinə Rusiyanın Anakaradakı səfiri Andrey Karlovun qətlinin istintaqının gedişi barədə məlumat verib. Rusiya və Türkiyə hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının bu məsələyə dair sıx əlaqələndirilməsi qeyd olunub", - məlumatda deyilir.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Xəbər xətti