Respublikanın çaylarında son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 130-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla ongünlük normanın 134 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 138 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Salyanda 8, Bankədə 4 sm artım, Araz çayının Novruzlu məntəqəsində 5, Surrada isə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 501 sm (2015-ci il dekabrın 23-də 440 sm), Şirvanda 382 sm (2015-ci il dekabrın 23-də 331 sm), Salyanda 357 sm (2015-ci il dekabrın 23-də 300 sm), Bankədə 261 sm (2015-ci il dekabrın 23-də 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2015-ci il dekabrın 23-də 173 sm) təşkil edir.