TANAP-ın tikintisinin 60%-i, TAP-ın 30%-i başa çatıb

09:41 - 24 Dekabr 2016 - Xəbər

Azərbaycanın təşəbbüsü ilə icra olunan “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz dəyərli töhfəsini verəcək. "APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.Nazir bildirib ki, artıq layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 87%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, Transanadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60%-i, Transadriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30%-i icra edilib. Hazırda inşaat işləri davam etdirilir.

 

Xəbər xətti