Malayziyada sərnişin avtobusu qəzaya uğrayıb: 13 ölü, 17 yaralı

09:25 - 24 Dekabr 2016 - DÜNYA

Malayziyanın cənubunda sərnişin avtobusu qəzaya uğrayıb.Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 13 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.Xəbərdə deyilir ki, avtobus Kuala-Lumpur şəhərindən Djoxor-Baru şəhərinə yollanırdı. Hadisə yerinə 25 yanğınsöndürən cəlb olunub.Qəzanın səbəbi araşdırılır. İlkin məlumata görə, yol yaxşı vəziyətdə idi, qəzanın baş verdiyi anda yağış yağmırdı.

Xəbər xətti