Şimal dəniz neft qatışığının qiyməti 0,2% artıb. "Brent" markalı neft hərraclarda bir barel üçün 55 dollardan yuxarı qiymətə satılır."Report" xəbər verir ki, bu barədə Qitələrarası Birjada keçirilən elektron hərracların nəticələri deməyə əsas verir.Bakı vaxtı ilə 23 dekabr 22:53-ə olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 0,2% artıb və bir barel üçün 55,15 dollar təşkil edib.WTI markalı yüngül neftin yanvar fyuçersləri də 0,2% artaraq bir barelə görə 53,06 dollar təşkil edib.