"Əsl qəhrəman sizlərsiz"- VIDEO

23:34 - 23 Dekabr 2016 - İDMAN

Ronaldodan suriyalı uşaqlara mesaj


​"Real Madrid"in portuqaliyalı ulduzu Kriştian Ronaldo Suriyadakı hadisələr zamanı zərər çəkən uşaqlara mesaj göndərib. Ucnoqta.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, ulduz futbolçu tvitter üzərindən müharibədən əziyyət çəkən suriyalı uşaqlara video-müraciət ünvanlayıb: "Mən çox məşhur futbolçuyam amma əsl qəhrəman sizlərsiniz. Ümidinizi itirməyin, dünya sizinlədir. Sizə güvənirik. Mən sizinləyəm"-deyərək onlara təsəlli verib. Ronaldonun bu paylaşması izləyiciləri tərəfindən bəyənilib.

Xəbər xətti