Azərbaycana qarşı kəşfiyyat aparmaqda şübhəli bilinən 8, məxfi əməkdaşlığa cəlb olunmuş 4 nəfər müəyyən edilib

17:01 - 23 Dekabr 2016 - Xəbər

Bu il 2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Qeyd olunub ki, 2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqan­ları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1  əcnəbi vətəndaş, məx­fi əmək­daşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib.
Həmçinin xaricdə münaqişə zonalarında dö­yüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb, qanun­suz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib.
Habelə sərhəd reji­mini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb.
Hesabat dövründə 49 milyon 319 min manat dəyərində qa­çaq­malın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, buda 2015-ci il ilə müqayisədə 8,3 dəfə çoxdur.
2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olmuşdur).

Xəbər xətti