"Excelsior Hotel & Spa Baku" otelində Baku Fashion Nights layihəsinin nümayişi keçirildi

 "Excelsior Hotel & Spa Baku"  otelində Baku Fashion Nights moda layihəsinin  nümayişi keçirildi. Tədbir  çərçivəsində  Azərbaycan dizaynerlərinin Yeni il qabağı  Fashion Bazaar  yarmarkası keçirildi.  Baku Fashion Nights tədbiri  2014-cü ildən başlayaraq ildə iki dəfə  keçirilir və Azərbaycan dizaynerlərini birləşdirən, həmçinin ölkənin moda sənaesində yeni adları  tanıdan böyük layihədir. 
Tədbir  çərçivəsində  Yeni il qabağı  Fashion Bazaar satış yarmarkası  keçirildi,  yarmarkada qonaqlar özlərinə Azərbaycan dizaynerlərindən geyim, aksesuar və bəzək əşyaları əldə edə bildilər.  Yarmarkada geyim və aksesuarların seçimi kifayət qədər müxtəlif idi, burada müəllif geyimlərindən əlavə,  əl işi olan Venesiya maskaları,  əl çantaları,  gümüş və dağ büllurundan   hazırlanmış bəzək əşyaları, keramika məhsulları və təbii kosmetika təqdim olunub.
Tədbir Yeni il qabağı əhval ruhiyyəsində keçirildi və qonaqlara maraqlı  proqram təqdim olundu.  Nümayiş dizayner Gulum Əsədullayevin "Somnia" adlı kolleksiyası ilə açıldı. Sonra Yekatirina Eren və Liana Allahverdiyevanın birgə "Fashion lab" adlı kolleksiyalarının nümayişi oldu.  
Dizayner Nətgiz Muxtarova  “NRGZ” marka adı altında  "Ornamento" adlı geyim  kolleksiyasını təqdim etdi. Renara  Şəmsiyeva  cins parçadan hazırlanmış geyimlərdən ibarət "Seminollar" adlı kolleksiyanı nümayiş etdirdi. Sonra modelyer-dizayner Əminə Cəfər   "Şah"  adlı  kolleksiyanı təqdim etdi. Həmçinin,  dizayner Elnarə Mirsəlimova əl işləri olan bəzək və aksesuarları təqdim etdi.   Öz növbəsində, Oksana Barxatova  Azərbaycan Fashion Week-də  böyük uğur  qazanan kolleksiyasını nümayiş  etdi.   Moda nümayişi axşamı  Əməkdar İncəsənət Xadimi, Azərbaycanın modelyer-dizayneri Fəxriyyə Xələfovanın "Cazibədar rənglər" kolleksiyası ilə başa çatdı. Dəb tədbirinin təşkilatçıları FMS Models model agentliyi, “Baku Fashion Night” təşkilatı,  xanım Lyubov Qutorova-Poyraz və   “Excelsior  Hotel & Spa Baku”  oteli oldu.

 

Tarix
23 Dekabr [16:56]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Selena Gomezin lüt şəkli yayılıb - FOTO

Müğənni şəkli şərh etməyib

Adnan Oktarın "kediciy"indən EHTİRASLI RƏQS-VİDEO

Məşhur Hollivud aktyoru karyerasını başa vurub

Cek Nikolson təqaüdə çıxıb

Nigar və Eldardan cazibədar rəqs - VİDEO

Xatirə İslam: "Açıq-saçıq paltar geyinməyə utanmırıq!"

Sənətçi müzakirələrə səbəb olan açıqlama edib

"Nadir Qafarzadəyə 14 min manat pul ödənilib, haram olsun" - TOY SAHİBİ

"Nadir Qafarzadəyə 14 min manat pul ödənilib, haram olsun"

Sabina: ""Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır"- VİDEO+FOTOLAR

Cenifer Lopez xalası qızının ad gününə Ronaldonu gətirdi- VİDEO

Sevda 30 saniyəyə 15 min qazandı

Leyla Ramazanlıdan “Çox özəl”- FOTOLAR+VİDEO

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.