Hakim Ənvər Seyidov xəstəxanadan evə buraxılıb

16:03 - 23 Dekabr 2016 - Xəbər

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb. "Report"un məlumatına görə, Ə.Seyidov hazırda ev şəraitində müalicə olunur.
Qeyd edək ki, 67 yaşlı hakim iki həftə əvvəl xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun şəkəri yüksəlmişdi.

Xəbər xətti