BŞİH: Bakının baş planında bir çox istiqamət düzgün əks olunmayıb

15:19 - 23 Dekabr 2016 - Xəbər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və qurum yanında "Bakıdövlətlayihə" İnstitutu tərəfindən hazırlanmış "Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan" layihəsində Bakının sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu barədə "APA-Economics"ə Bakı şəhər İcra Hakimiyyətindən bildirilib.
"Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə verdiyi açıqlamasında bəzi məqamlar (Abşeron yarımadasında Ələt qəsəbəsi ərazisində ikinci sərnişin hava limanının tikilməsi, Xırdalan şəhərində metropolitenin yeni stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi və s.) reallıqdan uzaqdır və tam əsassızdır. Bu layihələr heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmamış, lazımi ekspertizadan keçirilməmiş və ölkə rəhbərliyinə məruzə edilməmişdir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti bəyan edir ki, təqdim edilən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz", - deyə açıqlamada bildirilir.

Xəbər xətti