Xırdalanda yaşayış binasında yanğın - 20 sakin təxliyə olundu

11:51 - 23 Dekabr 2016 - HADİSƏ

Xırdalan şəhərində yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti