KİVDF jurnalistləri mükafatlandırdı

11:46 - 23 Dekabr 2016 - KİVDF

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. KİVDF rəhbəri Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum bu il 10 müsabiqə elan edib. Onlardan üçü Fond tərəfindən keçirilib, digər 7 müsabiqəni isə KİVDF Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, "Azərsu" və " Azərişıq" ASC-lərlə birgə keçirib: "Bu il "Multikulturalizm ili" ilə əlaqədar olaraq iki müsabiqə keçirdik. Bundan başqa, fond Xaçmaz və İsmayıllı rayonlarında da tədbirlər təşkil olunub".

V.Səfərli qeyd edib ki, bu il KİVDF-nin elan etdiyi müsabiqələrdə 806 jurnalist iştirak edib. Onlardan 445 jurnalist qalib elan edilib. 100 qalib yazının kitab halında çap olunduğunu deyən KİVDF rəhbəri bildirib ki, bu il kitabın ikinci cildi çapdan çıxıb. Kitabda 57 müəllifin yazısı var. 

O əlavə edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən müsabiqəyə 160 yazı daxil olub. Həmin yazılardan 114-ü qalib elan olunub.
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb.

Xəbər xətti