Bakıda 134 ədəd müxtəlif pirotexniki ləvazimatlar aşkar edilərək götürülüb

11:45 - 23 Dekabr 2016 - HADİSƏ

Bakıda 134 ədəd müxtəlif pirotexniki ləvazimatlar aşkar edilib. Ucnoqta.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Binəqədi Rayon Polis İdarənin 6-cı Polis Bölməsinin PB əməkdaşları tərəfindən Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus mağazadan yüksək səsyayıcı xüsusiyyətə malik 134 ədəd müxtəlif pirotexniki ləvazimatlar aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti