Nyu-Yorkda göydələndə yanğın zamanı 13 nəfər xəsarət alıb

11:36 - 23 Dekabr 2016 - HADİSƏ

Nyu-Yorkun mərkəzində yerləşən göydələnlərdən birində cümə axşamı baş vermiş yanğın nəticəsində 13 nəfər xəsarət alıb.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, yanğın Manhettan şəhərinin mərkəzindəki binanın üçüncü mərtəbəsində baş verib və daha sonra qonşu mərtəbəyə yayılmağa başlayıb.

Hadisə nəticəsində ən azı 10 nəfər, həmçinin 3 yanğınsöndürən xəsarət alıb.

Yanğın söndürülüb. Onun səbəbləri hələ ki, məlum deyil.

Xəbər xətti