Dövlət Departamenti: "ABŞ Silahlı Qüvvələri bəşər tarixinin ən güclü ordusudur"

11:30 - 23 Dekabr 2016 - DÜNYA

ABŞ-ın Dövlət Departamenti ölkənin Silahlı Qüvvələrinin bəşər tarixinin ən güclü ordusu olduğunu güman edir. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Con Kirbi jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.

"Mən hesab edirəm ki, bəşər tarixi ərzində Birləşmiş Ştatların hazırkı ordusu qədər mübariz, inkişaf etmiş, ehtiyatlarla təmin edilmiş və güclü silahlı qüvvələr olmayıb", - deyə o, Rusiya prezidenti Vladimir Putinin sözlərini şərh edərkən bildirib.

Putin bundan əvvəl Rusiyanı istənilən potensial təcavüzkardan güclü olduğunu bildirmişdi.

Kirbi, həmçinin Pentaqon rəhbərliyinin yüksək səviyyədə olduğunu qeyd edib.

Xəbər xətti