Ana səhifə
13 Noyabr 2018

MSK aydınlıq gətirdi

Natiq Məmmədov: “Hər hansı bir şikayətin və ya müraciətin daxil olması hələ seçki hüququnun pozulması demək deyil”

 

 

«Seçkilərlə bağlı müraciətlər DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılacaq». Bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib. O bildirdi ki,  Dairə seçki komissiyaları nəzdindəki ekspert qrupları insan hüquqlarının qorunması istiqamətində bir addımdır və öz səlahiyyətləri daxilində məsul bir qurumdurlar. N.Məmmədov qeyd edib ki, bəzən seçki hüquqları ilə bağlı yanlış rəylər ortaya çıxır. Onun sözlərinə görə, hər hansı bir şikayətin və ya müraciətin daxil olması hələ seçki hüququnun pozulması demək deyil. Ona görə də daxil olan hər bir şikayət və ya müraciət ətraflı araşdırılmalıdır. Onun sözlərinə görə, seçki pozuntuları son nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin predmeti olur. Sədr müavini bələdiyyə seçkilərinin mühüm əhəmiyyət daşıdığını söyləyib. N.Məmmədov deyib ki, Konstitusiyanın üçdə bir hissəsi insan hüquqlarına həsr edilib: “Biz insan hüquqlarının qorunmasında öhdəlik daşıyan insanlarıq. Ona görə də vətəndaşlardan, ictimai birliklərdən hansı münasibəti gözləyiriksə, biz də qarşılıqlı olaraq onlara elə münasibət bəsləməliyik. Bu prosesdə seçki komissiyalarının rolu mühümdür".

MSK sədrinin müavini qeyd edib ki, Azərbaycanda artıq qanuni əsaslarla fəaliyyət göstərən, təcrübəli seçki komissiyaları sistemi formalaşıb. Azərbaycanda 5 milyon nəfərdən çox seçici olduğunu nəzərə çatdıran N.Məmmdəov, «Azərbaycan bu gün seçicilərinin siyahısını internetdə yerləşdirən ölkələr sırasındadır» deyib. Onun sözlərinə görə, seçki komissiyaları 5 milyondan çox seçicinin hüquqlarının qorunmasına məsuldur. «Bu gün seçki prosesinə siyasi partiyalar, siyasi bloklar da qoşulur. Biz onların hüquqlarını və münasibətlərdəki rolumuzu bilməliyik. Seçki komissiyalarında seçki hüquqlarının pozulmaması, pozulmuş hüquqların bərpasında maraqlıyıq. Ona görə də seçki hüququnun mübahisələndirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparacağıq. Bəzən cəmiyyətdə düzgün olmayan fikirlər yaranır. Hadisələrə hər kəs öz prizmasından baxır və müxtəlif nəticələrə gələ bilər. Ona görə də seçki prosesində mübahisələndirmə mümkündür. Bizim xoşlamadığımız şikayət anlayışı var, ancaq hər bir halda şikayət insanların hüquqlarının qorunması, pozulmuş hüquqların aradan qaldırılması üçün təbii qəbul edilməlidir. Şikayət arxivə atılmaq üçün deyil, hər bir şikayət mütləq araşdırılmalıdır".

 

Tahirə

Tarix
12 Noyabr 2014 [23:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin