Muxtar Maniyevlə vida mərasimi başladı

13:52 - 22 Dekabr 2016 - Mədəniyyət

Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başlayıb.Teleqraf.com xəbər verir ki, vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, nazirliyin kinematoqrafiya şöbəsi, " Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, aktyorun ailəsi, sevənlər iştirak edirlər.
Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustunda sol ayağı, bu ilin martında isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilmişdi.
M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif rollar oynayıb.

Xəbər xətti