Fəhləni elektrik vuraraq öldürdü - Abşeronda

11:57 - 22 Dekabr 2016 - HADİSƏ

Abşeron rayonunda fəhləni elektrik vuraraq öldürüb. Ucnoqta.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, burada yerləşən sexlərdən birində, damda təmir işləri aparan fəhlə, Saray qəsəbə sakini Muxtar Əsgərov elektrik cərəyanı vurması nəticəsində ölüb

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti