ADP sədri: "Müxalifət dağınıq vəziyyətdə xalq maraqlarını müdafiə edə bilməz"

11:35 - 22 Dekabr 2016 - SİYASƏT

"Müxalifət dağınıq vəziyyətdə xalq maraqlarını müdafiə edə bilməz. Ona görə də biz müxalifətin bir araya gəlməsi, ümumilikdə, xalqın müxalifətin ətrafında sıx birləşməsi və sosial-iqtisadi problemlərlə bağlı aktivliyin nizamlı şəkildə təşkil edilməsi vacibdir". Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, müxalifətin bir araya gəlməsində fikir ayrılıqları var: "Proseslərdən çox narahatıq. Biz birləşmə uğrunda cəhdlər edirik, amma nailiyyətlərimiz o qədər də çox deyil. Qrup ambissiylarını önə çəkmək yanlışlıqdır. Bu, həmin şəxslərin milli maraqlarını aydın dərk etməməsinə sübutdur. "Azərbaycanda xaosun olması bizim işimizə xidmət edər" düşüncəsində olanlar xalqa xidmət etməyənlərdir".

ADP sədri birlik istiqamətində Vətəndaş və İnkişaf Partiyası və digər partiyalarla danışıqların aparıldığını qeyd edib: "Danışıqlar davam edir. Müəyyən problemlər var ki, həll olunmayıb. Digər partiyalardan cavab aldığımız təqdirdə proses başladılacaq. Biz paralel olaraq bir neçə iş aparırıq".

Xəbər xətti