AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

16:26 - 21 Dekabr 2016 - SİYASƏT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyasının gündəliyi açıqlanıb."Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti plenar sessiya gələn il yanvar 23-dən 27-dək Fransanın Strasburq şəhərində keçiriləcək.Sessiya zamanı AŞPA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsini hakimləri vəzifələrinə seçkilər olacaq. Parlament üzvləri Bolqarıstanda prezident və Makedoniyada parlament seçkilərinin monitorinqinin nəticələrinə dair hesabatları müzakirə edəcəklər.

Yanvarın 24-də AŞPA deputatları qarşısında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han, Kipr prezidenti Nikos Anastasiadis, yanvarın 25-də isə Rumıniya Prezidenti Klaus Yohannis çıxış edəcək.
Həmçinin Avropada jurnalistlərə hücum və media azadlığı, Qəzzada humanitar böhran, Ukraynada demokratik təsisatların fəaliyyəti və s. kimi məsələlər müzakirə olunacaq.

Xəbər xətti