Bakıda iki nəfər bıçaqlanıb

14:04 - 21 Dekabr 2016 - HADİSƏ

Bakıda 22 yaşlı oğlan qonşuluqda yaşayan şəxsləri bıçaqlayıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ev 19-un qarşısında qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Gündüz Aslanov binada yaşayan 1999-cu il təvəllüdlü Vüqar Zeynalzadə və 1994-cü il təvəllüdlü Fərid Quliyevlə mübahisə edib. Nəticədə G.Aslanov hər iki şəxsin sinəsinə bıçaqla xəsarətlər yetirib.
V.Zeynalzadə və F.Quliyev ağır yaralanıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, G.Aslanov saxlanılıb.
Qeyd edək ki, V.Zeynalzadə və F.Quliyev eyni ünvanda yaşayırlar. Onlar qonşudur.

Xəbər xətti