Avtomobillə gənc qadını vurdu: sürücü hadisə yerindən qaçıb - Bakıda

11:50 - 21 Dekabr 2016 - HADİSƏ

Bakıda 27 yaşlı qadını avtomobil vurub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, rayonun Maştağa qəsəbəsində yolu keçmək istəyən 27 yaşlı Qasımova Aygün Arif qızını naməlum markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb.
A.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs axtarılır.

Xəbər xətti