Salyan sakini qonşusuna balta ilə xəsarət yetirib

20:15 - 20 Dekabr 2016 - HADİSƏ

 Salyan rayon sakini qonşusuna balta ilə xəsarət yetirib. “Report”un verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Kərimbəyli kəndində qeydə alınıb.  Belə ki, kənd sakini, 20 yaşlı Alıkişi Elçin oğlu Dadaşov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti