“WhatsApp”dan daha bir YENİLİK

15:03 - 20 Dekabr 2016 - MARAQLI

“WhatsApp” mobil messenceri yeni funksiyanı tətbiq edə bilər. İKT.lent.az-ın “Rossiyskaya qazeta” nəşrinə istinadən məlumatına görə, istifadəçilər göndərilmiş məlumatları redaktə edə biləcəklər.
Hazırda əlavədə ancaq göndərənin cihazında məlumatları silmək mümkündür. Çox güman ki, tətbiq olunan yenilikdə məlumatı alan tərəf əgər hələ də onu oxumayıbsa və o, ilkin variantı görməyibsə, mətni redaktə etmək mümkün olacaq.  
Bəzi mənbələr bildirir ki, nəinki mətn məlumatlarına, hətta media fayllara da dəyişiklik etmək mümkün olacaq. Yeni imkanları artıq messencerin beta versiyasına əlavə ediblər. Hələlik bütün istifadəçilərin bu yenilikdən istifadə edə biləcəyi vaxt barədə məlumat mövcud deyil.

Xəbər xətti