Ana səhifə
19 Sentyabr 2018

Ermənistan parlamentinin “müstəqillik” sayıqlaması

Əliməmməd Nuriyev:  “İnanmıram ki, Ermənistn parlamenti Qarabağın “müstəqilliyi” ilə bağlı hansısa qərarın qəbul olunması üçün özündə cəsarət tapsın”

 

 

Ermənistan parlamenti dünənki iclasında "İrs" fraksiyasının təqdim etdiyi Azərbaycanın separatçı regionu olan Dağlıq Qarabağın tanınması haqqında layihəni rədd edib. Səsvermədən öncə Ermənistan Respublika Partiyasının deputatı Artak Zakaryan bildirib ki, bu, vaxtında olan qanun layihəsi deyil, buna görə təmsil etdiyi partiya səsvermədə iştirak etməyəcək. Bununla da qanun layihəsinin lehinə 8 deputat səs verib, biri isə bitərəf olub, qalanları səs verməyib.

Qeyd edək ki, "İrs" partiyası son illər qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasına dəfələrlə təşəbbüs göstərib. Ermənistan parlamentinin sədri Qalust Saakyan isə Dağllıq Qarabağın müstəqilliyini tələb etməyin təxribat və siyasi kapriz olduğunu demişdi. Ermənistan Millli Konqresinin üzvü Levon Zurabyan da belə bir qanun layihəsinin müzakirə çıxarılmağının qəbuledilməz olduğunu bildirmişdi. O bildirirb ki, bu addım Ermənistanın danışıqlar prosesindən çıxması anlamına gəlir. Onun sözlərinə görə, bu Ermənistanın daha çox təcrid olunması və Qarabağda hərbi əməliyyatların başlaması ehtimalının artmasına gətirib çıxaracaq.
Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, Azərbaycanın Konstitusiya günü ərəfəsində belə bir məsələnin önə çəkilməsində məqsəd yalandan diqqət çəkməkdir. Onun sözlərinə görə, Dağlıq Qarabağın “müstəqillik” məsələsinin yenidən Ermənistan parlamentinin gündəminə çıxarılması bütövlükdə danışıqlar prosesinə ziyan vura bilər ki, Ermənistan tərəfi bunu çox yaxşı başa düşür. Ə.Nuriyev dedi ki, son vaxtlar Krımın ilhaq olunması ilə bağlı gedən proseslərin, eləcə də, Avropanın bəzi ölkələrində ayrı-ayrı etnik, yaxud muxtar qrupların müstəqillik məsələsini referenduma çıxarmalarından “həvəslənən” ermənilər də bu “axına” qoşularaq özlərinin işğalçılıq siyasətlərini rəsmləşdirməyə çalışırlar. Onun sözlərinə görə, bu yanlış addımdır. Burada əsas səbəblərdən biri də vəziyyətin daha da gərginləşdirilməsində maraqlı olan qüvvələrin Yaxın Şərqdə gedən müharibələrin Cənubi Qafqaza istiqamətlənməsinə çalışmasıdır. Ermənilər və onların havadarları yaxşı bilirlər ki,  Azrbaycan dövləti və cəmiyyətinin məsələyə münasibəti birmənalıdır və o, buna dərhal  reaksiya verəcək.  Ə.Məmmədli Qarabağın “müstəqillik” məsləsinin Ermənistanda tez –tez gündımə gətirlməsində çoxvariantlı ehtimalların olduğunu dedi. O, məsələnin ortaya atılması ilə əsas diqqətin Ukrayna prosesindən yayındırılmasına yönəldiyini inkar etmədi.  “İnanmıram ki, Ermənistan Parlamenti Qarabağın müstəqilliyi ilə bağlı hansısa qərarın qəbul olunması üçün özündə cəsarət tapsın. Çünki onun nəticələri Ermənistan üçün çox ağır ola bilər. Bu, eyni zamanda Ermənistanın danışıqlar prosesindən tamamilə  çıxdığını göstərəcək. Heç bir halda Ermənistanın hazırki rəhbərliyi parlamentdə belə bir qərarın qəbul olunmasını qəbul etməz. Ona görə də hesab edirəm ki, bu, mütəmadi olaraq “nəbz yoxlaması”dır. İstisna edilmir ki, belə bir məsləsinin müzakirəyə çıxarılması bölgədə yeni bir müharibənin yaranmasına gətirb çıxara bilər. Çünki dövlətimizin əraziləri işğal olunub. İşğalçı tərəfin parlamentinin məsələ ilə bağlı qərar qəbul etməsi müdaxilə intervensiyanın daha açıq formasıdır. Onsuz da təcavüz davam edir.  Azərbaycan dövləti bu təcavzün rəsmiləşdirilməsinə biganə qala bilməz”. 

 

Ekspert  hesab edir ki, erməni parlamentində Qarabağın “müstəqilliyi”nin müzakirəyə çıxarılmaması əslində geri çəkilmə yox, beynəlxalq ictimaiyyətdə məsələ ilə bağlı informasiya ocağı yaratmaq, təşviqat xarakteri daşıyır. Onun sözlərinə görə, əslində ermənilər mütəmadi olaraq Qarabağın qarşısına “müstəqil sözünü əlavə etməklə bunu beynəlxalq ictimaiyyətin şüurlarına yerləşdirməyə çalışırlar. Ekspert eyni zamanada qeyd etdi ki, bu, Ermənistandakı ağır iqtisadi vəziyyəti ört-basdır etmək üçün də ortaya atıla bilər.  “Ermənistanda hökm sürən işsizlik,  aclıq daha da genişlənir. Belə olan halda erməni hökuməti xalqına qarşıda ciddi bir problemin olmasını göstərməyə çalışa bilər. Hökumət öz xalqına mesaj edir ki, əgər siz mövcud vəziyyətdən istifadə edib gərginliyi daha da artırmaq istəyirsinizsə, bu onsuz da mövcud olmayan istiqlallarının itirlməsinə gətirib çıxara bilər. Amma bütün hallarda Qarabağla bağlı Ermənistanda hər hansı bir qərarın qəbul edilməsini qeyri-mümkün sayıram. Amma onlar dünya ictimaiyyətinin diqqətinə həm də onu çəkmək istəyirlər ki, belə bir məsələ var və ermənilərin diqqətindədir. Bu daha çox təşviqatdır və Ermənistanda olan ağır vəziyyətdən diqqəti yayındırmaq xarakteri daşıyır”. 

 

Ə.Nuriyev hesab edir ki, Azərbaycan bu məsləyə cadəcə bir tamaşaçı  kimi baxmayacaq. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərbi qüvvədən istifadə etməsinıə ciddi bir əsas olacaq. Bunu da ermənilər yardacaq. Ekspert eyni zamanda hesab edir ki, Qarabağın “müstəqilliyinin”  tanınması Ermənistanın danışıqlar prosesindən çıxması və tamamilə yeni bir situasiyanın yaranması deməkdir. Bu da Azərbaycanın müvafiq qərarlar qəbul etməsini zəruri edir. Ə.Nuriyev Azərbaycanın hər zaman öz ərazi bütovlüyünü bərpa edəcəyi ilə bağlı rəsmi bəyanatlar verdiyini qeyd etdi.  Azərbaycan hökuməti bəyan edir ki, əgər danışıqlar bir bəhrə vermirsə, bu sonsuza qədər də davam edə bilməz.  
Ə.Nuriyev eyni zamanda Azərbaycan Konstitusiyasının əsas hüquqi bir akt olduğunu xatırladaraq bəyan etdi ki, o Azərbaycan ərazilərinin hər hansı bir hissəsinin dəyişdirilməsini qeyri-qanuni hesab edir. “Sərhədlərin dəyişdirilməsi yalnız xalqın iradəsi ilə ola bilər. Azərbaycan xalqının da bu msəsləyə münasibəti birmənalıdır: heç bir halda Azərbaycan torpaqlarının  hər hansı bir hissəi kiməsə verilə bilməz.  Azərbaycan Prezidenti də bəyan edib ki, artıq Ermənistan bir dəfə ərazilərimizdə öz dövlətini qurub və ikici dəfə ərzilərimizdə yeni bir Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Azərbaycan Konstitusiyası da bunun təminatını verir”. 

 

 

Tahirə Qafarlı  

Tarix
12 Noyabr 2014 [16:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin