Türkiyədə terrorçu PKK-ya yardım edən 924 nəfər həbs olunub

14:41 - 19 Dekabr 2016 - DÜNYA

 Türkiyənin 45 əyalətində aparılan anti-terror əməliyyatları nəticəsində terrorçu PKK qruplaşmasına və ona yaxın təşkilatlara yardım etməkdə və sığınacaq verməkdə şübhəli bilinən 924 nəfər həbs olunub.  “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İnformasiyaya görə, ötən həftə Türkiyə Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri, komandoslar və Jandarma qüvvələri ümumilikdə 213 anti-terror əməliyyat keçirib. Nəticədə terroçuların 24 sığınacaq yeri dağıdılıb, onlardan 700 kq partlayıcı maddə, 5 əl bombası, 29 "Kalaşnikov" avtomatı aşkarlanaraq götürülüb.
Nazirlikdən bildirilib ki, terrorçu PKK-ya göstərilən maliyyə dəstəyinin qarşısını almaq üçün də əməliyyat keçirilib. Terrorçulara aid 2 milyon dollarlıq narkotik maddə, o cümlədən 89 kq heroin, 806 kq tiryək, 22 min 76 ədəd narkotik həb aşkarlanaraq götürülüb. 
Bundan başqa, 3 milyon dollar dəyəri olan 1 milyon 461 min 862 qutu siqaret ölkəyə qaçaq keçirilərkən tutulub.

Xəbər xətti