Məşhur supermarket çörəyin istehsal tarixini dəyişdirdi – FOTO

12:57 - 19 Dekabr 2016 - ÖLKƏ İÇİ

“Bizim Market” mağazalar şəbəkəsində çörəyin istehsal tarixi ikinci dəfə dəyişdirilərək satılıb. Bakı sakini Mahir Məmmədlinin aznews.az-a verdiyi məlumata görə, o, Əsəd Əhmədov küçəsindəki “Bizim Market” mağazasından çörək alıb. Evdə çörəyin köhnə olduğunu anlayan sakin onun üzərindəki etiketin iki dəfə yapışdırıldığını aşkarlayıb. Sən demə, çörəyin üzərinə yapışdırılan istehsal tarixi iki dəfə dəyişdirilib.

M.Məmmədli məsələ ilə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanladığını da bildirib.

Xəbər xətti