Piyadaları maşın vurdu: ana öldü, oğlu yaralıdır - Ağstafada

12:29 - 19 Dekabr 2016 - HADİSƏ

Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 18-də saat 19 radələrində Ağstafa şəhəri ərazisində şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "VAZ-2105" markalı avtomobillə yolu keçən həmyerliləri Səlminaz Tağıyevanı və oğlu Əvəzi vurub.

S.Tağıyeva hadisə yerində ölüb, Əvəz xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqaz İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti