Küçədə üzərində xəsarətlər olan meyit tapıldı - Bakıda

11:48 - 19 Dekabr 2016 - HADİSƏ

Bakıda küçədə meyit tapılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Nizami rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, dekabrın 18-də paytaxtın Heydər Əliyev prospektində Bakı şəhər sakini Əlövsət Əliyevin üzərində xəsarətlər olan meyiti aşkar edilib.

Aparılmış araşdırmalar zamanı Ə.Əliyevin həmin gün saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində paytaxt sakini Azər Əbiyevin idarə etdiyi KİA markalı avtomobillə vurulması nəticəsində xəsarət alması, avtobusa oturaraq H.Əliyev prospektinə getməsi və orada ölməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti