Azərbaycanlı FİFA referisi mükafata layiq görülüb

11:26 - 19 Dekabr 2016 - İDMAN

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropada mükafata layiq görülüb. "Report"un məlumatına görə, seçimlər UEFA-da beynəlxalq futbol hakimliyi sahəsində ixtisaslaşmış "The3rdTeam" bloqu tərəfindən aparılıb.

29 yaşlı referi 2016-cı ildəki inkişafı səbəbindən "Rising Referee Star Award 2016" "Parlayan ulduz" mükafatına sahib çıxıb. Ə.Ağayevin son vaxtlar Avropa Liqasının qrup mərhələsinin, 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının oyunlarını idarə etməsi onun bu adı qazanmasında böyük rol oynayıb.

Qeyd edək ki, ilin ən yaxşı referisi adı ingiltərəli Mark Klattenburqa verilib. 

Xəbər xətti