Çində kütləvi zəhərlənmə zamanı 2 nəfər ölüb, 28 nəfər xəstəxanaya yerləşdirilib

11:20 - 19 Dekabr 2016 - HADİSƏ

Çinin Szinbey vilayətinin Myaoyasun kəndində iki nəfər zəhərlənmədən ölüb. Bu barədə "Sinxua" agentliyi xəbər verib.

Sıçuan əyalətinin Baçjun şəhərinin Kommunist Partiyasının komitəsindən bildirilib ki, zəhərlənmədən 30 nəfər zərər çəkib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Üç zərərçəkmiş xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, zərər çəkənlər Lu soyadlı həmkəndlilərinin dəfninin təşkilində kömək edirdilər. Onlar birgə səhər yeməyindən sonra özlərini naxoş hiss ediblər. Bundan sonra yaxınlıqdakı xəstəxanaya müraciət ediblər.

İlkin məlumatlara görə, yerli sakinlər kütləvi qidadan zəhərləniblər. 

Xəbər xətti