Şəmkirdə 22 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb: durumu ağırdır

18:38 - 18 Dekabr 2016 - HADİSƏ

Şəmkir rayon sakini bıçaqlanıb. APA-nın verdiyi məlumata görə, rayonun Dağ İrmaşlı kənd sakini 1994-cü il təvəllüdlü Əsgərov Vüsal Vüqar oğlu döş boşluğunun sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Üzərində cərrahi əməliyyat aparılan yaralının vəziyyəti ağır qiymətləndirilir.
V. Əsgərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbər xətti