Şəmkirdə ağır qəza: mikroavtobus “06” ilə toqquşdu

21:39 - 17 Dekabr 2016 - HADİSƏ

Şəmkirdə yol qəzası baş verib 2 nəfər xəsarət alıb. Trend "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən hissəsində baş verib. Mercedes-Sprinter markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.
Nəticədə 2 nəfər Şəmkir rayon Kür qəsəbə sakini 31 yaşlı Fərman Məmişov və rayonun Muxtariyyə kənd sakini 36 yaşlı Bayram Əlibabayev xəsarət alıb. Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti ağır olduğundan Gəncə şəhərinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti