Ötən il transformatorda yanan sevgililərin bu gün toyudur

13:14 - 17 Dekabr 2016 - MAQAZİN

Keçən ilin oktyabrında Bakıda yüksək cərəyanlı transformatorun içinə girən və orada ağır yanıq xəsarəti alan sevgililərin bu gün toyudur. Axşam.az-ın məlumatına görə, 21 yaşlı Fəqan Fərzəliyev və Pərvin adlı gənc qız məktəb illərindən bir-birlərini sevirlər. Keçən il hadisə baş verdikdən sonra tərəflərin qohumları arasında mübahisələr yaransa da, bu gün sevgililər paytaxtın şadlıq evlərindən birində ailə qururlar.
Xatırladaq ki, sevgililər Nəsimi rayonun Ağadadaş Qurbanov küçəsində yerləşən 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olmuşdular. Elektrik cərəyanın vurması nəticəsində onlar bir müddət reanimasiyada yatıblar. F.Fərzəliyevin bir qolu amputasiya edilmişdi. 

Xəbər xətti