Türkiyədə terror aktı nəticəsində 13 hərbçi şəhid olub, 48-i yaralanıb

12:21 - 17 Dekabr 2016 - DÜNYA

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kayseri şəhərində baş verən terror aktı nəticəsində ölən və yaralananların sayını açıqlayıb.  

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi şəhid olub, 48 nəfəri yaralanıb. 

*** 11:41
Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 9 nəfər şəhid olub. 
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə deyib ki, "CNN Türk"ə terror aktının bomba yüklənmiş "Şahin" markalı avtomobil vasitəsilə həyata keçirilb. 
AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.
Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.

 

Partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib.Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.“Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.Məlumata görə, partlayış sərnişin avtobusunda olub, ölən və yaralananlar var.Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib.Avtobusun içərisində mülki geyimli hərbçilərin olduğu bildirilir. Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib. 

Xəbər xətti