Bakının mərkəzində fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb

17:51 - 16 Dekabr 2016 - HADİSƏ

Bakıda tikintidə ölüm hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə bu gün paytaxtın Səbail rayonunda tikilməkdə olan binada qeydə alınıb. Orada fəhlə işləyən, 55 yaşlı Rafiq Əliheydər oğlu Allahverdiyev binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Xəbər xətti