Xocalı soyqırımını törətməklə erməni şovinistləri və ideoloqları çox iyrənc məqsədlər güdürdülər

18:48 - 16 Dekabr 2016 - KİVDF

Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi


 Azərbaycan xalqının XX əsrdəki tarixi şəxsiyyəti Heydər Əliyev susmadı. O. özü və ailə üzvləri ilə birlikdə böyük təhlükə qarşısında qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə gəldi və oraya toplaşanlar qarşısında ətraflı çıxış edərək baş vermiş faciənin səbəb və nəticələrini siyasi məharətlə təhlil etdi.
Heydər Əliyevin 21 yanvar 1992-ci ildə Moskvada Azərbaycan Respublikasının daimi nümayəndəliyindəki çıxışının bəzi məqamlarını yenidən xatırlayaq: "Məni buraya gətirən Azərbaycanda baş vermiş faciə oldu. Mən bu barədə dünən səhər eşitdim və təbiidir ki. bu hadisəyə biganə qala bilmərəm. Buraya ilk növbədə ondan ötrü gəldim ki, burada, daimi nümayəndəlikdə, hansı ki, Moskvada Azərbaycan torpağının kiçik adacığını təşkil edir, faciə ilə əlaqədar böyük fəlakətlərə düçar olmuş bütün Azərbaycan xalqına öz başsağlığımı verim. İkincisi, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Mən Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Zöhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, qüssəmi, səmimi başsağlığımı Azərbaycan xalqına yetirsin. Əlbəttə, burada hər şeydən əvvəl günahkar Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş birinci katibi Ə.Vəzirovdur. O bu yüksək vəzifədə işlədi, lakin vaxtında Azərbaycanda sabitlik yarada bilmədi. Əksinə, özünün düzgün olmayan hərəkətləri, yaramaz iş metodu və siyasi manevrləri ilə özünü xalqına qarşı qoydu, heç cür nüfuz qazana bilmədi, özü ilə xalq arasında uçurum yaratdı". Heydər Əliyev çıxışında bu faciədə həm də M.Qorbaçovu və SSRİ-nin digər ali siyasi rəhbərlərini günahkar hesab etdi və dedi:"Faciənin günahkarlarının hamısı cəzalandırılmalıdır".
Cəzasızlıq isə sonrakı faciələri gətirdi.-1991-ci ildə ermənilər Dağlıq Qarabağın Martuni rayonunun ərazisındə uçan vertolyotu vurdular və bir neçə yüksək vəzifəli azərbaycanlı həlak oldu;1991-ci ildə ermənilər Bakı-Moskva sərnişin qatarını partlatdılar və insan tələfatı oldu; 1991-ci ildə Moskva-Bakı sərnişin qatarını partlatdılar; 1991-ci ildə Ermənistanın Gorus şəhərində yuva salmış "Tiqran Mets" terrorçu təşkilatının üzvləri Laçın rayonunun Minkənd yaylağına gedərək azərbaycanlı çobanları qəddarlıqla qətlə yetirdilər; 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi kontekstində M.Qorbaçovun razılığı ilə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşdirilmiş sıravi heyətinin və komandirlərinin çoxu ermənilərdən ibarət olan Sovet ordusunun 366-cı moto-atıcı alayı Azərbaycanın Xocalı şəhərinə hücum edərək tarixdə misli məlum olmayan qəddarlıqla soyqırımı facıəsi törətdilər. Həqiqətən də, tarixə nəzər salsaq görərik ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət Çar Rusiyası və Sovet hakimiyyəti dövründə ardıcıl davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi qırğınlarla müşayiət olunubdur. Təcavüzkar erməni millətçilərinin və sərsəm «Böyük Ermənistan» ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyondan artıq azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss edibdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçı larının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə kənd və qəsəbənin dağıdılması, on minlərlə günahsız insanın qanının axıdılması, yüz minlərlə insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnibdir. Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi oubdur. Müqayisəli təhlillər və real faktlar onu deməyə əsas verir ki, öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməklə erməni şovinistləri və ideoloqları çox iyrənc məqsədlər güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıdıb, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurubdur. Lakin xocalılılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparıb, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşub, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar. Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu prosesdə 2009-cu ilin fevralında İslam Konfransı təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb “Xocalıya ədalət” kompaniyası ötən bir il ərzində uğurla davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulubdur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilat- çılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir. Xocalı soyqırımının bəzi elementlərini məhkəmə araşdırmaları komissiyasının protokollarına əsasən nəzərinizə çatdırmağa çalışaq. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX yüzilliyin II yarısında Azərbaycan türklərinin tarixində ən böyük faciələrdən biri – Xocalı qırğını baş verdi. Həmin gecə saat 23:00- da ermənilər üç istiqamətdən Xocalıya hücum etdi. Bu hücumda Ermənistan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyində olan silahlı qruplar, muzdlu əsgərlər, özünü Artsax Xalq Ordusu adlandıran Dağlıq Qarabağın erməni birləşmələri və 366-cı rus hərbi alayı iştirak edibdi. Bu hücumda Xankəndi tərəfindən öndə olan 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni silahlı dəstələri, Əsgəran istiqamətindən isə mindən çox silahlı quldurlar daha çox fəallıq göstərirdilər. Əvvəlcə 366-cı alayın tanklarının köməyilə piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi ilə şəhərdə olan əsgər qərargahları və atəş mövqelərini məhv ediblər. Şəhərin müdafiəçiləri səhərə qədər düşmənə qarşı rəşadətlə döyüşüblər. Onların bir neçəsi kamikadze şücaəti göstərərək bədənlərinə partlayıcı qurğu bağlayaraq özlərini düşmən texnikasına çırpıblar. Sonuncu müqavimət məntəqəsi səhər saat 7-də susdurulubdur. Atışma zamanı Xocalıda yüzlərlə adam döyüşə-döyüşə həlak olubdu. Ağdama tərəf müxtəlif istiqamətlərdən hərəkət edən dinc əhali yolda erməni silahlı qüvvələri tərəfindən atəşə tutularaq girov götürülüb, dəhşətli işgəncələrə məruz qalıbdır. Dinc sakinlərin qaça biləcəyi yolların qarşısında gizlənmiş erməni əsgərləri gəlib keçənləri qətlə yetiribdilər. Ermənistan hərbi birləşmələri qətlə yetirdikləri insanların üzərində xüsusi əməliyyat apararaq onların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıbş, adamları diri-diri torpağa basdırıb və ya yandırıblar.

 

Xəbər xətti