Bakı sakininə qarşı 48 min dollarlıq dələduzluq edilib

11:00 - 16 Dekabr 2016 - HADİSƏ

Bakıda 53 yaşlı kişiyə qarşı dələduzluq edilib. "Report"un xəbərinə görə, 1963-cü il təvəllüdlü Fəxri Hüseynov Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 44 yaşlı Cavid Qurbanov 2013-cü ilin noyabr ayında ondan iş qurmaq adı ilə 48 986 ABŞ dolları alıb və pulu geri qaytarmayıb.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Xəbər xətti