Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan Ermənistan vertolyotunu vurdu - Yenilənib

Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun vertolyotunu vurub. 
 

16:29

Ucnoqta.az -a cəbhə bölgəsindən verilən məlumata görə, uçuş keçirən düşmən vertolyotları 3 ədəd olub. Onlardan biri Azərbaycan SQ tərəfindən vurulub və helikopterin pilotu yanaraq məhv olub. Vurulan vertolyot neytral əraziyə düşüb.

 

***

Ucnoqta.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya məlumat cəbhə bölgəsindən daxil olub. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

Azərbaycanın Müdafiə Nazirliyindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər. Əlavə məlumat veriləcək.

 

Tarix
12 Noyabr 2014 [15:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin