Ana səhifə
14 Noyabr 2018

“Şərəfsizlik və namussuzluq erməni ordusu üçün adi haldır”

Mübariz Əhmədoğlu: “18 yaşına çatmış qızları icbari qaydada orduya çağırmaqla ermənilər işğalçılıqlarına namussuzluq da əlavə edirlər”

 

 

"Ermənistanda 18 yaşına çatmış qızları icbari qaydada orduya çağırmaq barədə qanunun müzakirəsinə başlanıb. İnsan potensialının tükənməsi, miqrasiya və demoqrafiya göstəricilərinin faciəvi vəziyyətdə olması, eləcə də Ermənistanın işğalçılıqdan əl çəkə bilməməsi onu qızları məcburi qaydada orduya çağırmağa vadar edir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, 18 yaşlı qızların məcburi qaydada hərbi xidmətə çağırılması dünya praktikasında nadir rast gəlinən haldır: "MDB və Yaxın Şərq regionlarında isə bu, ümumiyyətlə ağlagəlməz hadisədir. Qadınların qeyri-hərbi sahələrdə hərbi xidmətdə olmaları, tibbi-texniki sahədə fəaliyyət göstərmələri dünyada qəbul olunmuş haldır. Amma Ermənistan ordusu 18 yaşı yenicə tamam olan qızı 18 yaşlı gənc oğlan kimi hərbi xidmətə çağırır".

Ermənistanın Prezidenti, Baş naziri, parlamentinin spikeri, müdafiə və xarici işlər nazirləri öz qız övladlarını, qız nəvələrini Azərbaycan ordusu ilə üzbəüz ön xətdə təsəvvür etsinlər. Bu hər bir insan üçün şərəfsizlik və namussuzluqdur. Ermənistan rəhbərliyi üçün nə olduğunu qoy özləri müəyyənləşdirsinlər".
Politoloq hesab edir ki, əslində şərəfsizlik və namussuzluq erməni ordusu üçün adi haldır. Erməni mayoru zabit yoldaşının arvadının namusuna xəyanət etdi. S.Ohanyan bunu ermənilərin girov götürdüyü iki kəlbəcərlinin adına yazdı: "Amma maşınla olan, tam silahlanmış erməni mayorunun iki sadə, silahsız azərbaycanlı tərəfindən necə öldürülməsinin təfərrüatını açıqlamır: erməni mayoru hansı vəziyyətdə olub ki, özünü iki sadə, silahsız azərbaycanlıdan müdafiə edə bilməyib.

Xocoyanlar mövzusunu S.Ohanyan hədsiz şişirtdi. Hətta yaşlı Xocayanın qanına vurulan neft məhsulunun markasını müəyyənləşdirmək göstərişini vermişdi. Akop İnciqulyan məsələsi də belədir. Akop İnciqulyan Ermənistanda hərbi xidmətə çağırılarkən tibbi bioloji və fiziki göstəriciləri ilə Azərbaycandan qayıtdıqdan sonrakı həmin parametrlərini S.Ohanyan qoy aşkarlasın. A.İnciqulyan Ermənistanda hərbi xidmətə çağrılarkən yararsız idi. Azərbaycandan qayıtdıqdan sonra o, hərbi xidmətə yararlı oldu. Ermənistanın tibb işçilərinin verdiyi rəy bunun sübutudur.

18 yaşlı qızların icbari qaydada hərbi xidmətə çağırılmasının Ermənistan üçün daha işarəli əlaməti var. Bununla ermənilər sübut etdilər ki, onlar Qafqazda avtoxton deyil, gəlmədirlər. Bu mənada Ermənistan Milli Elmlər Akademiyasının xarici üzvü, akademik Riçard Ovannisyanın elmi fikirləri öz təsdiqini tapır. İrs Partiyasının sədri, müstəqil Ermənistanın ilk xarici işlər naziri Raffi Ovannisyanın atası olan Riçard Ovannisyan ermənilərin indiki yaşadıqları əraziyə gəlmə olduqları ilə bağlı elmi tezis irəli sürdü. Amerikada yaşayan, ABŞ vətəndaşı, akademik R.Ovannisyanın bu fikirləri Ermənistanda kəskin tənqid olundu.

 

S.Ohanyan da daxil olmaqla Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı mağara millətçiliyi düşüncəsinin daşıyıcısı olan millətin təmsilçiləridirlər. Amma bu millətin yarandığı və formalaşdığı mağara Qafqazda deyil".

 

 

Samir

Tarix
12 Noyabr 2014 [19:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin