Ana səhifə
13 Noyabr 2018

Dövlət büdcəsinə yarım milyon manatdan artıq ziyan dəyib

Eyub Hüseynov: “Bazardakı qızılların 30 faizi saxtadır”

 

 

Bu il təxminən 15 min saxta qızıl dövriyyədən çıxarılıb, 20 -yə yaxın sahibkarın lisenziyası ləğv edilib. Mütəxəssislərin sözlərinə görə, saxta qızıl məmulatlarının bazarda yer alması, il ərzində dövlət büdcəsinə yarım milyon manatdan artıq ziyan vurub. Demək ki, artıq qanundan çıxış edərək nəzarətı gücləndırməyin və cəza tədbirlərini sərtləşdirməyin vaxtıdır.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, ölkə qanunvericiliyinə görə, qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır: “Düşünürəm ki, bu qərarın dəyişdirilməsinə ehtiyac var. Çünki bu, alıcıların alıcı hüquqlarının pozulmasına gətirib çıxarır. Satıcı bilir ki, mal keyfiyyətsiz olsa belə, alıcının onu qaytarmaq imkanı yoxdur”.

Müsahibimizin fikrincə, alıcılar aldıqları keyfiyyətsiz qızılı geri qaytara bilmədiklərindən bu məmulatın alışı zamanı çox diqqətli olmalıdırlar: «İstehlakçının hüququ var ki, aldığı malın bütün sənədlərini, sertifikatını, haradan alınması barədə sənədi, qiymət sənədini və s. satıcıdan istəsin. Qızılın üzərindəki damğaya da fikir verilməlidir”.

 

E.Hüseynovun sözlərinə görə, bazardakı qızılların 30 faizi saxtadır: “Bizə aldanan alıcılar çox müraciət edirlər. Ancaq təəssüflər olsun ki, əllərində malı haradan, nə vaxt aldıqları barədə dəlil-sübut, çek olmadığına görə, onlara yardım edə bilmirik. Düşünürəm ki, Dövlət Əyar Palatası da istehlakçıların hüquqlarının qorunması sahəsində fəal deyil”.

 

 

Əfsun

Tarix
12 Noyabr 2014 [19:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin